Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 10 Mart
10 mart 2016 20:13 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 10 Mart

0

GÜNÜN ŞƏRHİ
 
Dünya bazarında qızılın qiymətinin sürətlə bahalaşması və on illiyin rekord həddinə çatması ilə neftin bahalaşması arasında əhəmiyyətli əlaqə var. Qızılın bahalaşması dünya iqtisadiyyatında neqativ tendensiyaların sürətlənməsi ilə bağlıdır, sərmayədarlar bu tendensiyaları dəyərləndirərək vəsaitlərini qızılda saxlamağa üstünlük verirlər. Tələbat artdığından qızılın dəyəri də artır. Məsələ təkcə ən etibarlı saxlama vasitəsi sayılan qızılın artmasında deyil, məsələ dünya iqtisadiyyatında böhranın dərinləşməsinin artıq bazarın bütün iştirakçıları tərəfindən etiraf olunmasındadır. Neftin bahalaşmasının əsas səbəblərindən biri də budur. Çünki hər şeyə rəğmən neftin qiymətini bazardakı tələb-təklif münasibəti deyil, siyasi faktorlar və iradə  müəyyənləşdirir. Neftin ucuzlaşmasının artıq bir tərəfə deyil, bütün tərəflərə mənfi təsir etdiyini də hamı qəbul etməyə başlayır. Qiymətlərin bahalaşması və 40 dollar ətrafında sabitləşməsi də bununla bağlıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 217

Oxşar yazılar