Bu gün Bakıda “Eternity 2013” (“Sonsuzluq-2013”) kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.
Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verib.
Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə keçirilən təlim sentyabrın 27-də başa çatacaq.
Təlim əsas ixrac neft-qaz kəmərlərinin mühafizəsi ssenariləri üzrə keçirilir. Türkiyədən təlimə Silahlı Qüvvələrlə yanaşı BOTAŞ şirkətinin nümayəndələri də qatılıb.
Qeyd edək ki, “Eternity” təlimi ildə bir dəfə növbəlilik əsasında iştirakçı ölkələrin birində keçirilir.