Nəcməddin Sadıkov cəbhə bölgəsinə getdi
11 avqust 2014 11:41 (UTC +04:00)

Nəcməddin Sadıkov cəbhə bölgəsinə getdi

Silahlı Qüvvələrin Baş Qərargah rəisi cəbhə bölgəsindədir. Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

 

Səfərin məqsədi müdafiənin ön xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3648
avatar

Oxşar yazılar