Nazirlik və İcra Hakimiyyəti məhkəməyə verilib
16 iyun 2014 18:11 (UTC +04:00)

Nazirlik və İcra Hakimiyyəti məhkəməyə verilib

Azərbaycanda bir neçə dövlət qurumu məhkəməyə verilib. Bu barədə Lent.az-a Bakı Apelyasiya Məhkəməsindən məlumat verilib. Bir qrup vətəndaş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi, həmçinin Ədliyyə Nazirliyinin 18 saylı Notariat Kontorundan şikayətçilər. İddiaçılar vərəsəlik hüququnun tanınması, miras mənzilə dair payların bərabər bölünməsi və həmin payların reyestr xidmətində qeyd alınması tələbə ilə adıçəkilən qurumları məhkəməyə veriblər.

 

Bundan başqa, Bədəlli Məğrub adlı vətəndaş isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC-dən şikayətçidir.
 

Xətai Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası “uşaqların ananın yanında saxlanmalarının ləğvi” tələbi, Dövlət Sərhəd Xidməti isə “uşağın ölkədən kənara çıxarılması” tələbi ilə məhkəməyə verilən qurumlar sırasındadır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1095

Oxşar yazılar