Nazirlik Sumqayıtda və Gəncədə törədilmiş qətllərlə bağlı <span style="color:red;">MƏLUMAT YAYDI
05 may 2016 12:15 (UTC +04:00)

Nazirlik Sumqayıtda və Gəncədə törədilmiş qətllərlə bağlı MƏLUMAT YAYDI

0

Daxili İşlər Nazirliyi Sumqayıt şəhərində törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, mayın 3-də Sumqayıt şəhəri 36-cı məhəllənin ərazisindən şəhər sakini Tapdıq Musayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Kotec qəsəbə sakini Sabir Rəxtari tutulub.

 

Bundan başqa mayın 4-də Gəncə şəhərinin Avtozavod qəsəbəsində yaşayan Nahidə İsmayılovanın evində tanışı İlham Abbasov münaqişə zəminində ona qarın nahiyəsindən bıçaqla xəsarət yetirib. İ.Abbasov könüllü olaraq polisə gələrək təslim olub. Xəstəxanaya yerləşdirilmiş N.İsmayılova orada ölüb. Araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar