Daxili İşlər Nazirliyi dünən Xəzər dənizindən meyit tapılması ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, sentyabrın 14-də Xəzər rayonunun Buzovna qəsəbəsindəki dəniz çimərliyindən qəsəbə sakini Həqiqət Mirzəyevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Araşdırma aparılır.