Daxili İşlər Nazirliyi dünən baş vermiş bədbəxt hadisələrlə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, iyunun 5-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yaşayan Nəriman Nəsirov həyətində təmir işləri apararkən laqunda daşının sınaraq boğaz nahiyəsinə dəyməsi nəticəsində hadisə yerində ölüb.
Bundan başqa dünən Cəlilabad rayonunun Cəfərxanlı kəndində yaşayan Zahid Əhmədov həyətində ildırım vurmasından ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.