Daxili İşlər Nazirliyi Bakının Nəsimi rayonunda iki nəfərin ölümü ilə nəticələnən hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, mayın 9-da İmişli rayon sakini Şahin Qurbanov paytaxtın Nəsimi rayonu ərazisində kirayədə yaşadığı mənzildə münaqişə zəminində qeyri-rəsmi nikah münasibətində olduğu həmyerlisi Gülnarə Ağayevanı bıçaqla qətlə yetirib. O, daha sonra özünü asıb.
Araşdırma aparılır.