Naxçıvan MTN-nin keçmiş əməkdaşı olduğu deyilən şəxs tutuldu
28 iyul 2013 18:36 (UTC +04:00)

Naxçıvan MTN-nin keçmiş əməkdaşı olduğu deyilən şəxs tutuldu

Naxçıvan Muxatar Respublikası (MR) Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşı İbrahim Musayev həbs edilib. Bu barədə “Azadlıq” qəzeti məlumat yayıb.

 

Məlumatda bildirilib ki, İ. Musayev Moskvada həbs olunub. O, dələduzluqda təqsirləndirilir. Hazırda İ. Musayevin ekstradisiyası ilə bağlı danışıqlar gedir. Onun yaxın günlərdə Azərbaycana təhvil veriləcəyi gözlənilir.

 

Qeyd edək ki, İ. Musayev özünü Naxçıvan MR  MTN-nin əməkdaşı kimi təqdim edib. O, MR MTN-nin istintaq təcridxanasında öldürüldüyü iddia olunan Turac Zeynalovun işi ilə məşğul olduğunu, daha sonra bu əməliyyatda iştirakdan imtina etdiyi üçün təqib edildiyinə görə ölkədən getdiyini bildirib və yerli KİV-lərə xeyli açıqlamalar verib.

 

Naxçıvan MR MTN isə belə bir əməkdaşı olmadığını bildirib.

 

Muxtar Respublika MTN-nin açıqlamasında İ. Musayev barəsində araşdırma aparıldığı qeyd edilib və onun bir neçə əməli sadalanıb, özünü MTN-nin əməkdaşı kimi təqdim etdiyi bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1621
avatar

Oxşar yazılar