NATO və Gürcüstan yayda birgə təlimlər keçirəcəklər
30 mart 2015 21:40 (UTC +04:00)

NATO və Gürcüstan yayda birgə təlimlər keçirəcəklər

0

NATO və Gürcüstan bu ilin yayında birgə təlimlər keçirəcəklər.

 

 

ANS PRESS-in məlumatına görə, bu haqda Alyansın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay danışıb.

 

"Mütəxəssislərimiz Gürcüstana birgə təlim mərkəzinin yaradılmasında kömək edirlər. Biz əsas qrupun üzvlərini artıq müəyyən etmişik. Onlar tezliklə Gürcüstana gələcəklər və bu yay bizim birgə təlimlərimiz olacaq", - deyə Appaturay bildirib.

 

Qeyd edək ki, Gürcüstanın NATO ilə əməkdaşlığı 1994-cü ildən - Gürcüstanın "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulandan sonra başlayıb. 2004-cü il inqilabından sonra isə bu əməkdaşlıq daha da intensivləşib. 2008-ci ilin aprelində isə Buxarest sammitində Gürcüstan və Ukraynanın NATO üzvü olmasının mümkünlüyü təsdiqlənmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 145

Oxşar yazılar