Narkotik vasitə becərən şəxslər saxlanılıb
08 avqust 2016 13:15 (UTC +04:00)

Narkotik vasitə becərən şəxslər saxlanılıb

Abşeron və Neftçala rayonlarında narkotik vasitə becərən şəxslər saxlanılıb.

 

Lent.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Abşeron RPİ-nin Mehdiabad Polis Bölməsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mehdiabad qəsəbə sakini Elşən Hüseynova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 54 ədəd çətənə kolu və 1,05 kiloqram marixuana aşkar edilərək götürülüb.

 

Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Qaramanlı kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Elşad Səlimov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 24 ədəd çətənə kolu aşkar olunub.

 

Hər bir faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Oxşar yazılar