
Narkotik satmaqda təqsirləndirilən baş redaktor ev dustaqlığına buraxılmadı
Xətai Rayon Məhkəməsində qanunsuz narkotik maddə satmaqda təqsirləndirilən Şəfəq Ağacanın (Ağabalayeva) barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı verilən vəsatətə əsasında məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Şəfəq Ağabalayevanın vəsatəti təmin etməyib.
Qeyd edək ki, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb. Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib.
Oxşar yazılar

Bakıda evdə partlayış: Yaralıların vəziyyəti ağırdır - VİDEO -YENİLƏNİB
2 mart 2025 , 13:07
Ağcabədidə evdə yanğın-Xəsarət alan var
2 mart 2025 , 11:19
Dəm qazından daha bir qadın öldü
2 mart 2025 , 09:06
Lənkəranda ağır qəza, 4 nəfər yaralandı
2 mart 2025 , 03:39
Naxçıvanda avtomobil iki yeniyetməni vurdu
2 mart 2025 , 01:38
Gəncədə dəhşət: kişi balta və armaturla həyat yoldaşını döydü
2 mart 2025 , 01:10
Lənkəranda yük maşını çaya düşdü
1 mart 2025 , 22:51