Narkotik alverçisinin digər cinayət əməlləri də ortaya çıxdı
22 iyul 2015 13:12 (UTC +04:00)

Narkotik alverçisinin digər cinayət əməlləri də ortaya çıxdı

Ağdaşda narkotik maddə alverçisinin digər cinayət əməlləri ortaya çıxıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, iyulun 20-də Ağdaş RPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Mansur Məhərrəmovun ətrafında əməliyyat tədbirləri aparılıb. Onun cari il fevral və may aylarında rayon sakinləri Dürdanə Yusifovanın və Tapdıq Şərifovun yaşadıqları evlərdən pəncərədən girmək yolu ilə ümumilikdə 2080 manat, qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 107
avatar

Oxşar yazılar