Nardaran hadisələri ilə bağlı məhkəmə prosesləri başlayıb
30 mart 2016 15:40 (UTC +04:00)

Nardaran hadisələri ilə bağlı məhkəmə prosesləri başlayıb

 

Sabunçu rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərdən bəzilərinin cinayət işi üzrə məhkəmə prosesləri başlayıb.

 

APA-nın məlumatına görə, saxlanılanlardan 20-dən çox şəxsin cinayət işi üzrə ayrı-ayrılıqda məhkəmə prosesləri keçirilir. Hazırlıq iclaslarında təqsirləndirilən şəxslərin anket məlumatlar dəqiqləşdirilib. Məhkəmələrin baxış iclasları aprel ayının müxtəlif günlərinə təyin edilib.

 

Qeyd edək ki, bir müddət əvvəl 20-dən çox şəxsin barəsində olan cinayət işi digərlərindən ayrılaraq, baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. İstintaqı başa çatan şəxslər əsasən, Nardaran sakinlərdir. Onlar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsinə əsasən ittiham olunurlar.

 

Qeyd edək ki, ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Nardaranda əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə həmin şəxslərdən 4 nəfəri məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Başlanılan cinayət işi üzrə 70 nəfər saxlanılıb. Hazırda 50 nəfərdən çox şəxsin cinayət iş üzrə ibtidai istintaq davam etdirilir. Onlar Cinayət Məcəlləsinin 18 maddəsi üzrə ittiham olunurlar. Əməliyyat zamanı 2 polis əməkdaşı həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 521

Oxşar yazılar

Bacı qardaşı bıçaqladı

Bacı qardaşı bıçaqladı

30 avqust 2025 , 21:13
Xocalıda yanğınlar  başladı

Xocalıda yanğınlar başladı

30 avqust 2025 , 20:37
Ailə üzvləri kişinin meyitini bağdan tapdılar - Ağstafada DƏHŞƏT

Ailə üzvləri kişinin meyitini bağdan tapdılar - Ağstafada DƏHŞƏT

30 avqust 2025 , 19:33
Bakıda maşın piyadanı vurdu

Bakıda maşın piyadanı vurdu

30 avqust 2025 , 18:13
Bakıda taksi şirkətinin  ofisi qarət olundu

Bakıda taksi şirkətinin ofisi qarət olundu

30 avqust 2025 , 17:47
Gəncədə maşın 15 yaşlı qızı vurdu

Gəncədə maşın 15 yaşlı qızı vurdu

30 avqust 2025 , 17:03
Polis şöbəsində müəmmalı ÖLÜM

Polis şöbəsində müəmmalı ÖLÜM

30 avqust 2025 , 12:29
Kürdəmirdə sürücü qəzada öldü  - Əvvəl "Jiquli"yə, sonra dükana çırpıldı

Kürdəmirdə sürücü qəzada öldü - Əvvəl "Jiquli"yə, sonra dükana çırpıldı

30 avqust 2025 , 11:19