Müsavat Divanın növbəti iclası keçirilib
30 mart 2015 19:48 (UTC +04:00)

Müsavat Divanın növbəti iclası keçirilib

 

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyadan Lent.az-a verilən məlumatına görə, divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib. Novruz bayramı günlərində Müsavatçı məhbuslar, başqan müavinləri –Tofiq Yaqublu, Yadigar Sadıqlı və Fərəc Kərimlinin ailə üzvlərini ziyarət edilməsi haqqında məlumat verilib. Beyləqan, Ağcabədi və Qaradağ rayon təşkilatlarının üzvləri ilə keçirilən görüşlər barədə Müsavat Partiyası başqanının müşaviri Dadaş Əhmədov və Divan üzvü Elman Fəttah məlumat verib.

 

Partiyanın başqanı Arif Hacılı və başqan müavini Elman Fəttahın Tbilisiyə səfəri və orada baş tutan görüşlər barədə məlumat dinlənilib. Gürcüstanda fəaliyyət göstərən hakim koalisiyanın üzvü Respublikaçılar Partiyası ilə müttəfiqlik münasibətləri çərçivəsində aparılan müzakirələrin səmərəli olduğu qeyd edilib və bu istiqamətdə əməkdaşlığın intensivliyinin artırılması məqsədəuyğun sayılıb.

 

Yığıncaqda partiya Məclisinin növbəti toplantısının aprelin 4-də saat 11.00-da keçirilməsi və Məclisin gündəlik layihəsi razılaşdırılıb. Divanda keçirilməsi nəzərdə tutulan mitinqlə bağlı ətraflı müzakirələr aparılıb. Mitinqlə bağlı məsələnin partiyanın növbəti Məclisində müzakirəyə çıxarılması məqsədəuyğun hesab edilib.

 

Divanda Yəməndə baş verən hadisələr müzakirə olunub, bu hadisələrin nəticələrindən narahatçılıq ifadə edilib.

 

Sonda cari məsələlərə baxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 76
avatar

Oxşar yazılar