Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Nahid Abbaslının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə N.Abbaslı 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il yanvarın 13-də Bakının Sabunçu rayonunda baş verib. Bakı şəhər sakini Ramin Babayev naməlum şəraitdə bıçaqlanıb.
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş N.Abbaslı tutulub.
N. Abbaslı hadisənin münaqişə zəminində törətdiyini deyib.
O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub