Müğənni Xatirənin oğlu ürək əməliyyatı olunacaq
17 oktyabr 2015 22:50 (UTC +04:00)

Müğənni Xatirənin oğlu ürək əməliyyatı olunacaq

0

Tanınmış müğənni Xatirə İslamın oğlu ürək əməliyyatı olunacaq.

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə ifaçı özü məlumat yayıb. Onun sözlərinə görə, övladında anadangəlmə ürək dəlikləri olub:

 

“Tehrana müayinəyə gətirdik, tez bir zamanda əməliyyat etdirin dedilər. Mən də gəlim düşünüm-daşınım, həkimi seçib başlamağa qərar verək…”

 

Xatirə oğlunun müayinədə fotosunu da paylaşıb. O, sözügedən şəklə bu şərhi verib:

 

“Balaca ürəyini əməliyyata yazdılar balamın. Allah özü bütün balaları qorusun. Amin!”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar