Müəllimi vurub öldürənə cinayət işi açıldı
04 dekabr 2014 11:29 (UTC +04:00)

Müəllimi vurub öldürənə cinayət işi açıldı

0

Şabranda orta məktəb müəlliminin maşınla vurulması faktı ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, dekabrın 2-də saat 15 radələrində Şabran şəhər sakini, 1975-ci il təvəllüdlü Kamran Süleymanov idarə etdiyi “Mercedes Benz-E320” markalı, 90 XG 046 dövlət nömrə nişanlı avtomobillə Şabran şəhəri, M.Rəsulzadə küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - Şabran şəhər sakini, 1952-ci il təvəllüdlü Fikrət Əfəndini vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

 

Faktla bağlı  Şabran rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 

Xatırladaq ki, dünyasını dəyişən Fikrət Əfəndi Şabran 2 saylı orta məktəbin fizika müəllimi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar