Müdafiə Nazirliyi: "Ermənilərin yaydığı məlumatlar yalandır"
08 dekabr 2014 18:40 (UTC +04:00)

Müdafiə Nazirliyi: "Ermənilərin yaydığı məlumatlar yalandır"

0

"Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin guya cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur".  Lent.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, bu, Ermənistan Silahlı Qüvvələri bölmələrinin verdiyi itkilərin sayının gizlədilməsi məqsədilə atılan növbəti addımdır.

 

Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu vəziyyətə tam nəzarət edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar