“Yaralanan hərbçilərin müalicəsi istiqamətində zəruri tədbirlər görülür”.
Lent.az-ın məlumatına görə, bunu müdafiə naziri Zakir Həsənov deyib.
O açıqlamasında bildirib ki, cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşən və yaralanan hərbçilərin bir hissəsi müalicə olunmaq üçün bu hərbi hospitala gətirilib və hazırda onların müalicəsi istiqamətində zəruri tədbirlər görülür: “Hospitalın tibb heyəti onların tezliklə sağlamlıqlarına qovuşmaları üçün gecə-gündüz əllərindən gələni edirlər”.