Moskvanın cənubunda yerləşən ticarət mərkəzlərindən birində yanğın baş verib.
APA-nın Rusiya FHN-in Moskva üzrə idarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 200 nəfər yaxınlıqdakı “Avtozavodskaya” metro stansiyasına təxliyyə edilib.
“Masterkova küçəsində yerləşən ticarət mərkəzinin binasının 20 kv metr sahəsində yanğın baş verib. 200 nəfər təxliyyə edilib. Hadisə yerində Moskva FHN-in 32 nəfər şəxsi heyəti və 8 texnikası işləyir", - deyə mətbuat xidmətinin məlumatında bildirib.
Xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.
Moskvada bazar yanıb
220