Moskvada azərbaycanlı ata və oğulu qılıncla vurublar. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə Rusiya paytaxtının Otradnaya küçəsində baş verib. Məlumata görə, 46 yaşlı azərbaycanlı və onunu 16 yaşlı oğlu qonşunun hücumuna məruz qalıb. Əvvəl ataya qılıncla zərbə endirən rus millətindən olan qonşu, sonra onun oğlunu da vurub.
Atanın biləyi, oğulun isə qolu kəsilib. Onlar xəstəxanaya yerləşdiriliblər.
Hadisənin baş vermə səbəbi araşdırılır.