Sumqayıt şəhər sakini Həsən Əliyarova məxsus mobil telefonu quldurluq yolu ilə almış həmyerlisi tutulub.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də şəhər sakini Həsən Əliyarova məxsus mobil telefonu quldurluq yolu ilə almış həmyerlisi Nihad Süleymanzadə tutulub.
Bundan başqa, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Ülvi Babayevin mobil telefonunu soyğunçuluq yolu ilə almış həmyerlisi Toğrul Bayramov da ələ keçib.
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 5-də Vüsalə Babayevaya məxsus mobil telefonu soyğunçuluq yolu ilə almış Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Razi Məmmədov saxlanılıb.