Bakıda oğurluq etmiş şəxs Sumqayıtda tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, DİN-in və Bakı ŞBPİ-nin Kriminalistik Tədqiqatlar idarələri, Nəsimi RPİ və Sumqayıt ŞPİ əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə cari il yanvarın 12-də Nəsimi rayonu ərazisində fəaliyyət göstərən MMC-lərdən birinin seyfindən 1000 manat və 1000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Elturan Vəlibəyov Sumqayıt şəhəri ərazisində tutulub.
Araşdırma aparılır.