Bakıda şirkətdən oğurluq edən şəxs tutulub.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən il sentyabrın 21-dən cari il fevralın 17-dək olan müddətdə Nəsimi rayonu ərazisindəki “Royal Ekspress” MMC-nin kassasından 2555 manat və 1050 dollar pul oğurlanıb. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş orada işləyən Lerik rayon sakini Vüqar Xosrofov saxlanılıb.