Meyiti tapılan neftçi dəfn olundu
08 aprel 2016 15:24 (UTC +04:00)

Meyiti tapılan neftçi dəfn olundu

 

Bu gün “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində ölən daha bir neftçi dəfn olunub.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonunun Xudat şəhər sakini Rzaxanov Edik Rivazin oğlu Xudat şəhərində torpağa tapşırılıb. Dəfn mərasimində SOCAR-ın, rayon İcra Hakimiyyətinin nümayəndələri və mərhumun yaxınları iştirak ediblər.

 

E. Rzaxanov “28 May” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri vəzifəsində çalışıb. O, keçən il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdən idi. Onun cəsədi aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

APA Baycan

Oxşar yazılar