Müğənni Kərimin avtomobili cərimə meydançasına aparılıb. Lent.az-ın xəbərinə görə, bu barədə avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. V.Əsədov avtomobilin cərimə meydançasına aparılmasına müğənninin bir neçə gün əvvəl internetdə yayılmış videosunun səbəb olduğunu bildirib: “Abbasov Kərim Fətulla oğlunun internetdə yayılmış video materialı ilə bağlı araşdırma aparılıb. Nəticədə avqustun 10-da axşam saatlarında onun idarə etdiyi Lexus markalı 90 VF 164 dövlət nömrə nişanlı avtomobil saxlanılaraq cərimə meydançasına aparılıb”.
Kərim Abbasovun törətdiyi inzibati xəta ilə bağlı araşdırma davam etdirilir. Araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.
Müğənni Kərim isə bu videonu onun keçmiş meneceri Asim Əliyev tərəfindən çəkildiyini bildirib. Müğənni əlavə edib ki, Asimi işdən çıxartdığı üçün bu videonu qisas məqsədilə internetdə yayıb.
Videoda Kərim avtomobilini saatda 210 kilometr sürətlə idarə edərkən çəkilib.