Meşəbəyini meşədə döydülər
27 sentyabr 2019 10:21 (UTC +04:00)

Meşəbəyini meşədə döydülər

 
 
Oğuzda meşə nəzarətçisinə hücum olub.
 
Lent.az trend-ə istinadən bildirir ki, hadisə Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Qəbələ regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz meşəbəyiliyinin ərazisində baş verib.
 
Oğuz rayonu, Calut kənd sakini Həsənov Ehtiram Vilayət oğlu meşə ərazisindən UAZ markalı avtomobillə qanunsuz qırdığı odunu apararkən meşə nəzarətçisi İsabala Xudumov onun şəklini çəkib. Bu vaxt E.Həsənov meşə nəzarətçisinə zor tətbiq etməklə onu döyüb və hadisə yerindən qaçıb.
 
Faktla bağlı Oğuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsi ilə cinayət işi başlanıb.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538
avatar

Oxşar yazılar