Mərkəzi Univermaqda satıcılara külli miqdarda qızıl “atıblar”
04 aprel 2014 10:14 (UTC +04:00)

Mərkəzi Univermaqda satıcılara külli miqdarda qızıl “atıblar”

Mərkəzi univermağın satıcılarına qarşı külli miqdarda dələduzluq edilib.


 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakinləri, 1949-cu il təvəllüdlü Natəvan Şəmistan qızı Bağırova və 1965-ci il təvəllüdlü Akif Cəmil oğlu İbrahimov polisə ərizə ilə müraciət edərək bildirib ki, Azərbaycan prospekti 6-da yerləşən Mərkəzi Univermaqda Qusar rayon sakini Samirə Nadir Əliverdiyeva N. Bağırovadan 2750 manat, A. İbrahimovadan isə 52920 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədi ilə götürərək aldadıb.

 

Polisdən N. Bağırovanın və A. İbrahimovun univermaqda satıcı işlədiyi bildirilib.  

# 1339
avatar

Oxşar yazılar