Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Səbail rayonunda mənzildə 1940-ci il təvəllüdlü Məmmədova Anna Andreyevnanın bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.
Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yaşayış evinin qapısını açıb və A. Məmmədovanın meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:22-də başa çatıb.