Bu gün səhər saatlarında Bakı-Qazax yolunun 219-cu kilometrliyində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az report-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Ucar rayon Təzə Şilyan kənd sakini İsrailov Mahir Yolçu oğlu yolu keçərkən Bakı istiqamətində hərəkətdə olan, 1994-cü il təvəllüdlü Muradov Sahil Fəxlədər oğlunun idarə etdiyi "57 BA 154" dövlət nömrə nişanlı yük maşını ilə vurulub.
15 yaşlı məktəbli aldığı açıq kəllə-beyin travması nəticəsində hadisə yerində keçinib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.