
Meksika ABŞ-la sərhədə mühafizə dəstləri yerləşdirməyə başlayıb
Meksika hökuməti ötən həftə ABŞ-la imzalanan miqrasiyaya nəzarət müqaviləsinin şərtlərinə uyğun olaraq ölkənin cənub sərhədlərinə milli mühafizə dəstlərini yerləşdirməyə başlayıb.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Meksikanın xarici işlər naziri Marselo Ebrard bildirib.
“Bu gündən etibarən sərhəd boyu yerləşdirmə həyata keçiriləcək və bu qarşıdakı günlərdə də tam sürətlə davam edəcək”, deyə meksikalı nazir mətbuat konfransında bildirib.
Ebrard qeyd edib ki, atılacaq addımların effektivliyi 45 gün müddətində bəlli olacaq.
Xatırladaq ki, iyunun 7-də Meksika və ABŞ arasında miqrasiyaya nəzarətlə bağlı saziş imzalanıb. Sazişə əsasən Meksika Qvatemala ilə sərhəddə milli qvardiyanın 6000 hərbiçisini yerləşdirməli və Mərkəzi Amerikadan gələn immiqrantların qarşısını almaq üçün tədbirlər görməlidir.
Oxşar yazılar

Yekaterinburqda saxlanılan azərbaycanlılara YENİ İTTİHAM
9 iyul 2025 , 15:27
Qanunsuz işləyən "Ford" aşdı, 24 nəfər yaralandı - YENİLƏNİB
9 iyul 2025 , 15:20
Rüşvət alan yüksək rütbəli polislərə HÖKM OXUNDU
9 iyul 2025 , 15:13
Şəki-Oğuz yolunda QƏZA: yaralılar var
9 iyul 2025 , 15:00
Abşeronda kişini şəkilləri ilə şantaj etdilər
9 iyul 2025 , 14:44
Sumqayıtda gənc oğlan 63 yaşlı qadını döyüb pullarını aldı
9 iyul 2025 , 14:32
Tanınmış aktrisanın evdə çürümüş meyiti tapıldı - 20 gün əvvəl ölübmüş
9 iyul 2025 , 13:45