Məhkəmə binasında partlayış törədildi
18 mart 2013 19:46 (UTC +04:00)

Məhkəmə binasında partlayış törədildi

0

Bu gün Pakistanın Peşavar şəhər məhkəməsi binasında terror aktı törədilib. Lent.az-ın “Associated Press” agentliyinə istinadən məlumatına görə, məhkəmə binasına silahlı hücum olunub. Bir nəfər canlı bomba özünü binaya yaxın yerdə partladıb. Partlayış nəticəsində 3 nəfər ölüb, 27 nəfər yaralanıb.


Hayber-Pahtunhva əyalətinin rabitə naziri bildirib ki, terrorçuların məqsədi məhkəmə ərazisində yerləşən həbsxanadakı məhbus yoldaşlarını azad etmək olub. Hələ ki, heç bir təşkilat terror aktını öz üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 769

Oxşar yazılar