Maşınla 5 yaşlı uşağı vuran sürücü tutuldu
13 iyun 2017 12:10 (UTC +04:00)

Maşınla 5 yaşlı uşağı vuran sürücü tutuldu

 

Sumqayıtda avtomobillə azyaşlını vurub qaçan sürücü tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 9-da Sumqayıt şəhərinin S.Vurğun küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini 5 yaşlı Muhammad Ələkbərli vurulub. Uşaq xəsarətlə xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən, "VAZ-21124" markalı avtomobili idarə edən şəhər sakini Vüqar İsgəndərov saxlanılıb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 112
avatar

Oxşar yazılar