Maşınını ağaca çırpan sürücü öldü
11 oktyabr 2019 10:36 (UTC +04:00)

Maşınını ağaca çırpan sürücü öldü

0
 
 
Masallıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. 
 
APA-nın məlumatına görə, rayonun Təzə Alvadı kəndində 32 yaşlı Elmar Səfərovun idarə etdiyi "Cherry" markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb. 
 
Xəstəxanaya yerləşdirilən sürücü aldığı xəsarətlərdən ölüb. 
 
Faktla bağlı cinayət işi başlanılıb.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 843

Oxşar yazılar