Yevlax rayonu, Hürüuşağı kəndi ərazisində ağır yol-nəqliyyat qəza hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Ford" markalı mikroavtobusla “Vaz” markalı minik avtomobili toqquşmuş və nəticədə, minik avtomobilinin sürücüsü yaralı halda deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralı sürücünü minik avtomobilindən çıxarılıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.
Həmçinin, yanğınsöndürən-xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.