Maşın qadını vurub öldürdü və hadisə yerindən qaçdı
15 mart 2016 23:44 (UTC +04:00)

Maşın qadını vurub öldürdü və hadisə yerindən qaçdı

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə şəhərin Zöhrabbəyov küçəsində baş verib. Kənd sakini 1955-ci il təvəllüdlü Sona Hüseyinova aldığı zərbənin təsirindən hadisə yerində keçinib. Ailəsindən APA-ya verilən məlumata görə, S.Hüseyinova qonşuluqda yeni yası düşmüş ailəyə bayramlaşmağa gedirmiş. Qapılarından yenicə aralaşan 60 yaşlı S.Hüseyinovanı naməlum avtomobil vuraraq qaçıb. Faktla bağlı Bərdə rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır. Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb,  araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225
avatar

Oxşar yazılar