Bakıda avtomobil qaçırmış şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 6-da Nəriman Əkbərova məxsus “Toyota” markalı avtomobili qaçırmış Saatlı rayon sakini Nicat Haqverdiyev tutulub.
Bundan başqa Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də Tacir İsgəndərova məxsus “VAZ-21015” markalı avtomobili qaçırmış və Saləddin Məmişova məxsus “VAZ-21011” markalı avtomobili qaçırmağa cəhd göstərmiş şəhər sakini İsgəndər Atakişiyev yaxalanıb.