Tovuzda ağır qəza olub. Lent.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Tovuz rayonunun Əsrik Cırdaxan kəndində Çeşməli kəndindən rayon mərkəzinə kartof aparan 53 yaşlı İsmayıl Məhərrəmov "Niva" markalı avtomobildə idarəetməni itirib və avtomobil yoldan çıxaraq Asif Məhərrəmovun evinin həyətinə aşıb.
Hadisə zamanı avtomobilin hissələri və içərisində olan kartof ətrafa dağılıb. Ağır xəsarət alan sürücü isə hadisə yerində dünyasını dəyişib.
Polis faktla bağlı araşdırma aparır.