Masallıda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib
16 mart 2015 15:19 (UTC +04:00)

Masallıda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib

 

Masallıda rayonunda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.  Bu barədə APA-nın cənub bürosuna Masallı Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumata görə, dəstənin üzvləri olan Masallı rayon sakinləri - əvvəllər qəsdən adam öldürdüyünə görə məhkumluq həyatı yaşamış Zaman Hüseynzadə, Məhəmməd Tahirov, Asim Əzizov və Bəxtiyar Kərimov qabaqcadan əlbir olub  qrup təşkil etməklə rayonun müxtəlif kəndlərində vətəndaşların mənzillərinə qanunsuz yolla daxil olaraq, onlara külli miqdarda ziyan vurmaqla oğurluq ediblər.

 

Belə ki, onlar ötən il dekabrın 20-də gecə saat 01 radələrində rayonun Çayqıraq kənd sakini Şöhrəddin Məmmədovun evinə gizli yolla qanunsuz daxil olub oradan ümumi dəyəri 5130 manat olan məişət texnikası oğurladıqdan sonra cinayətin izini itirmək məqsədi ilə evi yandırmaqla ev sahibinə 200 min manat məbləğində ziyan vurublar.

 

Bu cinayətdən sonra Masallı RPŞ-də qaldırılan cinayət işi üzrə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri müəyyən edilərək tutulublar.

 

İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvləri hələ 2013-cü ilin fevral ayında rayonun Öncəqala kənd sakini Adışirin Məmmədovun, 2014-cü ilin oktyabrında Bədəlan kənd sakini Səlimə Kərimovanın, həmin ilin noyabr ayında Qızılavar kənd sakini Hafizə Ağayevanın və Çayqıraq kənd sakini Cavid Əhmədovun, bu ilin yanvarında Bədəlan kənd sakini Elman Abıyevin, fevral ayında isə Kolatan kənd sakini Rafət Cəbiyevin evlərinə qanunsuz yolla daxil olmaqla onlara məxsus qiymətli məişət texnikası və müxtəlif avadanlıqları gizli yolla talayaraq ev sahiblərinə killi miqdarda maddi ziyan vurublar.

 

Yaxalanmış dəstə üzvləri barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar