Masallı rayonunda yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonunun Böyük Xocavar kəndində vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan dülgər sexinin yanar konstruksiyaları 180 kv.m sahədə yanıb.
Sexin qalan hissəsi, ona bitişik ümumi sahəsi 250 kv.m olan köməkçi tikili və yaxınlıqdakı ev yanğından mühafizə olunub.