Masallıda 3 otaqlı ev yandı
26 yanvar 2016 04:32 (UTC +04:00)

Masallıda 3 otaqlı ev yandı

Masallıda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Qızılağac kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

# 173
avatar

Oxşar yazılar