Masallı və Sabirabadda ev yanıb
08 avqust 2016 09:50 (UTC +04:00)

Masallı və Sabirabadda ev yanıb

0

 

Masallı və Sabirabadda iki evdə yanğın baş verib.

 

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Masallı rayonu, İkinci Səmədxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 90 m2 sahədə və içərisinə yığılmış 10 ton ot bağlamasının 4 tonu yanıb.

 

Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Həmçinin Sabirabad rayonu, Suqovuşan kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli 3 otaqlı evin qamışdan ibarət dam örtüyü yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 467

Oxşar yazılar