Ağaclar qırılıb, evlərin damını külək aparıb, işıq kəsilib, internet itib... - <span style="color:red;">QASIRĞA
21 iyun 2015 12:00 (UTC +04:00)

Ağaclar qırılıb, evlərin damını külək aparıb, işıq kəsilib, internet itib... - QASIRĞA

İyunun 20-də axşam saatlarında Gürcüstanın Marneuli rayonuna güclü leysan yağışlarının müşayiəti ilə dolu düşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bir saat çəkən leysandan sonra yağan dolu və güclü qasırğa fəsadlar törədib.

 

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Marneulininin avtomobil yollarında ağaclar qırılıb, bir neçə yaşayış binasının damlarını külək qopararaq küçəyə atıb, həyətlərdə olan ağacları güclü külək qıraraq evlərin üstünə yıxıb. Marneuli rayon İcra Hakimiyyətinin binasının şüşələri sınıb. Əhalinin həyətyanı sahələrində olan meyvə ağaclarını dolu vurub. Marneulidə 6 saat işıq olmayıb, internet şəbəkəsi kəsilib. Qasırğa nəticəsində xəsarət alan olmayıb.
 

Hazırda dolu və güclü küləyin fəsadları aradan qaldırılır. Marneuli rayon İcra Hakimiyyəti dəyən ziyanı hesablamaq üçün komissiya yaradıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 88
avatar

Oxşar yazılar