Makarovdan külli miqdarda narkotik götürüldü
12 iyun 2017 22:35 (UTC +04:00)

Makarovdan külli miqdarda narkotik götürüldü

0

Lerik rayonunda Lənkəran sakinindən külli miqdarda narkotik götürülüb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lerik rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri  əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran sakini Anatoliy Makarov saxlanılıb.

 

O, Lerik rayon ərazisində ümumi çəkisi 1,3 kq narkotik vasitə olan tiryəki satarkən saxlanılıb. Hazırda polis onun  narkotik vasitəni haradan və necə əldə etdiyini araşdırır.

 

Qeyd edək ki, A.Makarov  bununla ikinci dəfə məhkumluq həyatı yaşayacaq. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 349

Oxşar yazılar