Lukaşenko sülhməramlı qoşunlarını Ukraynaya göndərməyə hazırdır
03 oktyabr 2014 01:57 (UTC +04:00)

Lukaşenko sülhməramlı qoşunlarını Ukraynaya göndərməyə hazırdır

Belarus prezidenti Aleksandr Lukaşenko sülhməramlı qoşunları Ukraynaya göndərməyə hazır olduğunu bəyan edib. APA-nın verdiyi xəbərə görə, bu barədə Euronews telekanalı məlumat yayıb.

 

“Rusiyanın Qərbə, Qərbin Rusiyaya, Amerikanın Rusiyaya, Rusiyanın isə Amerikaya  inamsızlığı varsa, mən, lazım gəldikdə, münaqişə tərəflərini ayırmaq üçün silahlı qüvvələrimdən istifadə etməyə hazıram”, deyə Lukaşenko bildirib.  

 

O qeyd edib ki, onun böhrandan çıxmaq planı Belarus ordusunun sülhməramlı qismində iştirakını istisna etmir. Bu planı münaqişə tərəfləri hələlik qəbul etməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472
avatar

Oxşar yazılar