
Lombardlara girov qoyulan əşyalar tam sığortalanacaq
Azərbaycanda lombardlar öz vəsaiti hesabına girov qoyulan əşyaları sığortalayacaq.
"APA-Economics"in məlumatına görə, bu barədə yeni hazırlanan "Lombardlar haqqında" qanun layihəsinin 7-ci maddəsində (Girov qoyulan və ya saxlamaya qəbul edilən əşyanın sığortalanması) bildirilib.
Sənəddə qeyd edilib ki, lombard girova qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyanı, həmin əşyanın bu Qanunun 6-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qiymətinin tam məbləğində öz vəsaiti hesabına müştərinin xeyrinə əşyanın mənimsənilməsi, israf edilməsi, zədələnməsi, məhv olma və itirmə riskindən sığortalanmalıdır.
Lombard öz vəsaiti hesabına girov qoyulmuş ya saxlamaya qəbul edilmiş əşyaları digər risklərdən sığortalaya bilər.
Qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Oxşar yazılar

Gəncədə evdə partlayış, yaralanan var
4 iyul 2025 , 16:23
Ermənistan ordusunun Kəlbəcərin işğalı zamanı mülki əhalini atəşə tutması ilə bağlı ifadələr dinlənilib
4 iyul 2025 , 14:17
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
4 iyul 2025 , 13:29
Şəkidə 53 yaşlı kişinin meyiti tapıldı
4 iyul 2025 , 09:53
İnterpol Elçin Təhməzovu Bosniyada tutdu
4 iyul 2025 , 09:31
20-ci mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qaldı
4 iyul 2025 , 06:17
Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01