Leysan nəticəsində Qəbələdə inzibati binaya su dolub
20 iyul 2015 10:21 (UTC +04:00)

Leysan nəticəsində Qəbələdə inzibati binaya su dolub

0

 

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonunda leysan yağışları nəticəsində inzibati binanın zirzəmisinə su dolub.

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin müvafiq qüvvələri hadisə rayonuna cəlb olunub.

 

Xilasedicilər tərəfindən su basmış ərazilərin sulardan təmizlənməsi təmin edilib.  Əməliyyat saat 01:15-də başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 417

Oxşar yazılar