Leyla və Arif Yunus apellyasiya şikayəti verib
25 fevral 2016 12:04 (UTC +04:00)

Leyla və Arif Yunus apellyasiya şikayəti verib

0

“Sülh və Demokratiya İnstitutu”nun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus Yasamal rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Lent.az-ın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov xəbər verir. O, bildirib ki, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun icraatındadır. 

Qeyd edək ki, “Sülh və Demokratiya İnstitutu”nun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus müalicə məqsədi ilə müvəqqəti olaraq Azərbaycan Respublikası hüdudlarından kənara çıxamağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Məhkəmədə iddia ərizəsi təmin etməyib. Qərardan apellyasiya şikayəti verilib.

Xatırladaq ki, L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə), 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 hökmü ilə L.Yunus isə 8 il 6 ay, onun həyat yoldaşı, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsində  Arif və Leyla Yunusları şərti azadlığa buraxıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar