Lerikdə qulaq kəsənlərdən daha ikisi tutuldu
30 may 2016 12:28 (UTC +04:00)

Lerikdə qulaq kəsənlərdən daha ikisi tutuldu

0

 

Lerik rayonunun Veri kəndində kənd sakini, 72 yaşlı Hüseyn Əbil oğlu İsiyevin yaşadığı evə hücum edilən zaman oğlu Rəfael İsiyevin qulağını kəsməkdə şübhəli bilinən kənd sakinləri 1982-ci il təvəllüdlü Əlirza Seyidəli oğlu İsiyev və 1988-ci təvəllüdlü Natiq Rzaxan oğlu Əliyev tutulublar.

 

APA-nın cənub bürosunun məlumatına görə, onlar bu gün səhər radələrində Lənkəran ərazində yaxalanıblar.

 

Hər iki şəxs barəsində həbs-qətimkan tədbirləri seçilib. Saxlanılan şəxslər zərərçəkənin qohumlarıdır.

 

Faktlar bağlı Lerik rayon Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar